Beynəlxalq ekoloqlar dağlıq ərazilərdəki meşələrin sahəsinin son 20 ildə 7 faiz azaldığı qənaətinə gəliblər. Bu, Fransa və ya Almaniyanın ərazisindən təxminən 1,5-2 dəfə çoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, alimlərin müşahidələrinin nəticələri “One Earth” jurnalında dərc olunub.
“Biz ilk dəfə olaraq dağlıq meşələrin ərazisinin necə dəyişməsi və buna hansı antropogen və təbii amillərin təsir etməsi ilə bağlı apardığımız müşahidələrin nəticələrini sistemləşdirdik. Hesablamalarımız göstərir ki, 2001-2018-ci illər arasında dağlıq meşələrin sahəsi 7 faiz azalıb (78 milyon hektar), ümumilikdə itki isə son illərdə 2,7 dəfə artıb”, - tədqiqatçılar yazırlar.
BMT-nin Ümumdünya Ərzaq Təşkilatının son hesablamalarına görə, hər il Yer kürəsində kütləvi şəkildə qırılma nəticəsində təxminən 10 milyon hektarlıq meşə sahəsi məhv olur. Bu cür hadisələrin əksəriyyəti tropik və ekvatorial ölkələrin ərazisində baş verir ki, bu da həm onların iqtisadiyyatının və əhalisinin artması, həm də dünya iqtisadiyyatının qloballaşması ilə əlaqədardır.