Türkiyədə zəlzələdə həlak olanların sayı 49 min 500-ü ötüb

A- A A+

Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb. Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 min 589 nəfər həyatını itirib ki, onlardan 6 min 807 nəfəri xarici vətəndaşlardır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: