Serbiya və Kosovo arasında münasibətlərin normallaşması üçün öhdəliklərin yerinə yetirilməsi onların Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün şərt olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Aİ rəsmisi Xosep Borrell Ohriddə (Şimali Makedoniya) Kosovo və Serbiya liderləri arasında təmsil etdiyi təşkilatın vasitəçiliyi ilə 12 saatdan çox davam edən danışıqların yekununda bildirib. Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.
“Tərəflərin razılaşması (fevralın 27-də Brüsseldə əldə olunub) və onun həyata keçirilməsi proseduru çərçivəsində atılan hər bir addım onların Avropa İttifaqına gedən yolunun bir hissəsi olacaq”, - X.Borrell belə deyib.