Qazaxıstan parlamentinə (aşağı palatası) və məclislərə (yerli nümayəndəlik orqanları) keçirilən növbədənkənar seçkilərdə hakim “Amanat” partiyası 53,46 faiz səs toplayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə daxil olacaq.
Qazaxıstan “Xalq” Partiyası 6,25 faiz, “Ak Jol” (“İşıqlı yol”) Demokratik Partiyası 7,87 faiz, “Aul” (“Kənd”) partiyası 10,52 faiz, sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9 faiz səs toplayıb. Həmçinin ilk dəfə olaraq müxalifətdə olan “Milli Sosial Demokrat” Partiyası 5,31 faiz səslə parlamentə daxil ola bilər. Qazaxıstanın Yaşıllar Partiyası “Baytak” 3,22 faiz səs toplayaraq tələb olunan 5 faizlik baryeri keçə bilməyib.