ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması perspektivləri və bölgədə kommunikasiya əlaqələrinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.