Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədəki Azərbaycan icmasını Novruz bayramı münasibətilə təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə prezident öz sosial media hesabında paylaşım edib.
Novruzun yeni enerji və rahat münasibətlər gətirməsini arzulayan Prezident yazıb: “Bu gün Novruz bayramını qeyd edən bütün vətəndaşları təbrik edirəm. Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm”.
“Mən eyni zamanda qonşu ölkələrin, Türkiyədə və ya Qazaxıstanda, Türkmənistanda və bütün dünyada yaşayan vətəndaşları yeni il bayramı və yeni məhsul münasibətilə təbrik edirəm. İstərdim ki, bu gün yeni başlanğıc, yeni həyat mənbəyi, yenilənmiş enerji və rahat münasibətlər gətirən gün olsun”,- deyə Salome Zurabişvili qeyd edib.