Ötən gün İrəvan bələdiyyəsinin üç məmuru saxlanılıb

A- A A+

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi paytaxt İrəvan meriyasının Dövlət qeydiyyatına alınmamış əmlak departamentinin rəhbəri Taron Miroyanı saxlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Aykakan Jamanak” xəbər verib.

Qəzetin yazdığına görə, o, artıq dindirilib.

Qeyd edək ki, dünən səhər saatlarında Komitənin əməliyyatçıları meriyanın keçmiş rəhbəri Seyran Mejlumyanı və Memarlıq və şəhərsalma departamentinin rəhbəri vəzifəsini icra edən David Dallakyanı da saxlayıblar.

Xatırladaq ki, martın 10-da Ermənistanın paytaxtı İrəvan merinin müavini və daha 10 nəfər korrupsiya ilə əlaqədar saxlanılıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işinin ibtidai istintaqının məlumatına əsasən İrəvan merinin müavini Q.Simonyanın 2020-2022-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsini tutarkən xidməti vəzifələrini yerinə yetirmədiyi, nəticədə dövlətin qanuni mənafelərinə xeyli ziyan dəydiyi məlum olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: