“Hypersonix” ABŞ Müdafiə Nazirliyi üçün hipersəs PUA yaradacaq

A- A A+

Avstraliyanın “Hypersonix” şirkəti ABŞ Müdafiə Nazirliyi üçün kompozit materiallardan 8600 km/saat sürətə çata bilən hipersəs pilotsuz uçan aparat (PUA) hazırlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.

Bildirilib ki, PUA 3D printerdə hazırlanacaq, ekoloji cəhətdən təmiz olacaq və hidrogen mühərriklə təchiz ediləcək.

“Hypersonix” şirkətinin idarəedici direktoru və həmtəsisçisi David Waterhousenun sözlərinə görə, PUA-nın uçuş məsafəsi azı min kilometr olacaq və təxminən 10 kiloqram yük daşıya biləcək. İlk istehsal nümunəsinin 2024-cü ilin əvvəlinə hazır olması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: