Fransada pensiya islahatına qarşı keçirilən nümayişlər zamanı 855 nəfər saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.
“Cümə axşamı günündən bəri Fransada 855 nəfər saxlanılıb, onlardan 729-u Parisin payına düşür. 843 nəfər həbs edilib”, - o deyib.
Bundan əvvəl Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran bildirmişdi ki, Fransa hökuməti pensiya islahatlarına görə tətil edən zavodun işçilərini məcburi şəkildə işə cəlb edir.
Paris meriyası parlamentdə səsvermədən yan keçərək hakimiyyət tərəfindən qəbul edilmiş pensiya islahatının səbəb olduğu Fransa paytaxtında etirazların nəticələrini aradan qaldırmaq üçün böhran qərargahı açıb.
Daha əvvəl saxlanılanların sayının 310 nəfər olduğu barədə xəbər yayılmışdı. Qeyd edilirdi ki, bəzi şəhərlər, o cümlədən Marsel, Nant, Renn və yerli prefekturalar etirazçılar tərəfindən hücuma məruz qalıb.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Belə bir qərarın təşəbbüskarı ölkə prezidenti adlanır. Pensiya islahatları fonunda Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Sənəd pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.