Şimali Koreya nüvə başlığı daşıya bilən “Hvasal-1” və “Hvasal-2” raketləri buraxıb

A- A A+

Martın 22-də Şimali Koreya nüvə başlığını imitasiya edən eksperimental döyüş başlıqları olan “Hvasal” seriyalı qanadlı raketləri sınaqdan keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Koreya səsi" dövlət radiosu məlumat yayıb.

“Martın 22-də qanadlı raketlərlə silahlanmış bölmələrin taktiki nüvə hücumu üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə təlimləri keçirilib. Strateji qanadlı raketlər eksperimental döyüş başlıqları olan nüvə silahı ilə təchiz edilib”, - dövlət radiosu qeyd edib.

Təlimlər zamanı “Hvasal-1” və “Hvasal-2” seriyalı dörd raket buraxılıb. Raketlər Yapon dənizi üzərindən 1500-1800 kilometr məsafədə uçub və şərti hədəfləri vurub. Raketlərdən biri nüvə partlayışına nəzarət sistemlərinin və imitasiya qurğularının etibarlılığını yoxlamaq üçün 600 metr yüksəklikdə partladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: