ABŞ-ın Suriyadakı bazasına bir neçə raket atılıb

A- A A+

ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “The Hill” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi mayor Con Mura istinadən xəbər verib.

O qeyd edib ki, Əl-Ömər yatağının ərazisində yerləşən bazanın atəşə tutulması nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, martın 23-də Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: