Martın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.
İki ölkə liderləri Ukraynadakı durumu müzakirə ediblər.
R.T.Ərdoğan Rusiya Prezidentinə “taxıl sazişi”nin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.
O qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin tez bir zamanda danışıqlar yolu ilə başa çatmasına böyük əhəmiyyət verir.