Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının (Aİ) Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlarına yayda başlayacağını düşünür.
NUHÇIXAN İnformasiya Agentliyi “Qazeta.ru”ya istinadən xəbər verir ki, o, bu barədə “TV Pink” telekanalında yayımlanan “Novi Weekend Jutru” verilişinin efirində bildirib.
“Ukrayna böyük ölçüdə hərbi cəhətdən qalib gələ bilmədiyi üçün onun Avropa yolunda böyük təkan alacağını gözləyirəm. Düşünürəm ki, Ukraynanın Aİ-yə daxil olmaq proseduru ilə bağlı danışıqların təcili başlanması barədə qərarlar veriləcək”, - o deyib.
A.Vuçiçin fikrincə, danışıqlar iyunda başlaya bilər.