Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək

A- A A+

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə, Avropa İttifaqı (Aİ) yeni sanksiyalar tətbiq etməyə hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır", - o, tviterdə yazıb.

J.Borrel, həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb.

Bundan əvvəl Prezident Vladimir Putin bildirib ki, Rusiya Belarus tərəfinin xahişi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini təhvil verib. Rusiya liderinin sözlərinə görə, Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.

Rusiya liderinin sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi məsələsini çoxdan qaldırıb. ABŞ bunu çoxdan bir sıra ölkələrdə yerləşdirib, ona görə də Belarusun tələbində qeyri-adi heç nə yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: