Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib

A- A A+

Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi ehtimalına cavab olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili olaraq növbədənkənar iclasının keçirilməsini tələb edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.

"Ukrayna Britaniya, Çin, ABŞ və Fransadan Kremlin nüvə təhlükəsinə qarşı təsirli addımlar gözləyir. Bu məqsədlə biz BMT Təhlükəsizlik Şurasının təcili olaraq növbədənkənar iclasının çağırılmasını tələb edirik”, - bəyanatda qeyd edilib.

Bundan əvvəl Prezident Vladimir Putin bildirib ki, Rusiya Belarus tərəfinin xahişi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini təhvil verib. Rusiya liderinin sözlərinə görə, Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: