ABŞ Prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi “interfax.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.
“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeydedilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də canlıdır”, - deyə Kirbi CBS telekanalında bildirib.
Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar, əsasən, bəzi neft və qaz yataqlarını nəzarətdə saxlayırlar. Rəsmi Dəməşq isə bu qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edir.