KİV: “General Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb”

A- A A+

Vuqledar istiqamətinə komandanlıq edən rusiyalı general-polkovnik Rüstəm Muradov Ukraynadakı Rusiya qoşunlarının “Şərq” qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya hərbi dairələrinə yaxın teleqram kanalları məlumat yayıb.

Məlumat hələlik rəsmən təsdiqini tapmayıb.

Xatırladaq ki, 50 yaşlı hərbçi 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: