Moldovada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlərə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi Moldova Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, martın 27-də başlanan “JCET-2023” hərbi təlimlərində Moldovanın hərbçiləri ilə yanaşı, Rumıniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiyanın hərbçiləri iştirak edirlər.
Aprelin 7-dək davam edəcək birgə hərbi təlimlər xüsusi təyinatlıların təcrübə mübadiləsinə, habelə iştirakçı kontingentlər arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəldiləcək.
Ssenariyə əsasən, dörd ölkənin hərbi qulluqçuları konkret tapşırıqlarla yanaşı, təkmil döyüş atışları, paraşütlə eniş, səhra təlimlərini yerinə yetirəcəklər.