IFOP: Varlı fransızlar da ictimai hərəkatın sərtləşdirilməsini dəstəkləyir

A- A A+

Fransada pensiya islahatlarını qəbul etmək üçün hökumətin Konstitusiyanın 49.3 maddəsinə müraciət etməsi ölkədə gərgin siyasi kontekst yaradıb. Belə gərgin vəziyyətdə Fransa İctimai Fikir İnstitutu (IFOP) fransızların sosial səfərbərliyinə dair sorğu aparıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sorğunun nəticələrinə əsasən, ən varlı fransızların 48 faizi hökumətin geri çəkilməsi üçün ictimai hərəkatın daha çox sərtləşməsini dəstəkləyir.

Fransızların əksəriyyəti (62 faiz) hesab edir ki, hökumətin pensiya islahatı barədə qanun layihəsini geri götürməsi üçün ictimai hərəkat sərtləşdirilməlidir. Bu fikri “Yenilməz Fransa” (91 faiz), Milli Birlik (75 faiz) və İntibah (16 faiz) partiyasına rəğbət bəsləyən respondentlər də dəstəkləyib. Respublikaçıların 47 faizi sosial hərəkatın daha da sərtləşəcəyinə əminliyini bildirib. 35 yaşadək olan fransızların 68 faizi, həmçinin yoxsul kateqoriyadan olanların 74 faizi hökuməti geri çəkilməyə vadar etmək üçün ictimai hərəkatı daha da sərtləşdirməyin tərəfdarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: