Kanada hökuməti daha 8 fiziki və 2 hüquqi şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Rəsmi Ottavanın fikrincə, yeni “simalar” Tehranda və İranın şimal-qərbində kobud və sistematik insan hüquqları pozuntularına görə məsuliyyət daşıyırlar və İranda PUA və ballistik raketlərin istehsalı ilə məşğuldurlar.
Sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Tehrandakı komandiri Həsən Həssənzadə, SEPAH-ın Ərdəbil əyalətindəki qüvvələrinin komandiri Qolamhosseyn Mohammadi Asl, SEPAH-ın əməliyyat komandanlığının rəis müavini Abbas Nilforuşan, Tehran polisinin rəisi Abbas-Əli Mohammadian, “Qods Aviation Industries” şirkətinin direktoru Qassem Damavandyan, İran Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavaş daxildir.