Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci Demokratiya Sammitində iştirak edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski videomüraciətində bildirib.

"Biz ABŞ-ın təşəbbüsü ilə bu həftə baş tutacaq mühüm beynəlxalq tədbirə hazırlaşırıq. Demokratiya Sammitində Ukrayna da iştirak edəcək”, - Zelenski deyib.

Qeyd edək ki, martın 29 və 30-da ABŞ demokratiyanın dünyada üzləşdiyi çətinlikləri və avtokratik rejimlərə müqavimət yollarını müzakirə etmək üçün ikinci Demokratiya Sammitini təşkil edəcək.

İkinci sammitə yeni iştirakçılar - Kosta-Rika, Niderland, Cənubi Koreya və Zambiyanın nümayəndələri qatılacaq. Ümumilikdə toplantıda 20-yə yaxın ölkənin iştirakı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: