Fransanın partiya lideri: “Makron Putin və Si Szinpindən daha təhlükəlidir”

A- A A+

Fransızlar üçün ölkə prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ya Çin lideri Si Szinpindən daha təhlükəlidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo tvitterdəki hesabında yazıb.

Florian Filippo Fransa prezidenti Emmanuel Makronu ölkənin təhlükəsizliyinə əsas təhdid adlandırıb.

Vətənpərvərlər Partiyasının lideri ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəyanatını da xatırladıb. Sonuncunun fikrincə, amerikalılar üçün ən böyük təhlükə xarici ölkələrdən deyil, “ölkəni daxildən dağıtmaq istəyən xəstə və radikal siyasətçilərdən” gəlir.

"Fransada da belədir" Filippo qeyd edib.

Fransa hökuməti martın əvvəlində etirazlara və tətillərə baxmayaraq, pensiya yaşının 62-dən 64-ə qaldırılması üçün islahatları təsdiqləyib. Bu, çoxminli etiraz aksiyalarına səbəb olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: