“The Wall Street Journal”: Pentaqon kosmosda Rusiya və Çinlə müharibə hazırlığına başlayıb

A- A A+

Pentaqon hərbi kosmik qüvvələrini Rusiya və Çinlə kosmosda gələcək münaqişəyə hazırlamağa başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev bu ay Kosmik Qüvvələrinin illik büdcəsini rekord səviyyəyə – 30 milyard dollara çatdırmağı təklif edib. Bu da keçən illə müqayisədə 4 milyard dollar çoxdur. Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün böyük büdcədir. ABŞ Kosmik Qüvvələrinin xərclərinə hərbi personalın sayını 16 min nəfərə çatdırmaq, kosmosda potensial döyüşlərə hazırlaşmaq üçün xüsusi simulyatorlar almaq, həmçinin peyklər, silah sistemləri, yerüstü rabitə və sensor avadanlıqları üzrə təlimlər daxildir.

Qəzet xatırladır ki, ötən ilin sonunda Birləşmiş Ştatlar Çini ən böyük təhdid adlandırmışdı, bunun əsas səbəbi yerüstü raketlərin və lazerlərin inkişafıdır.

Çinlə yanaşı, Rusiya da kosmosa nəzarət etmək istəyini getdikcə daha çox bəyan edir. Belə ki, qəzet bu yaxınlarda Rusiya tərəfindən öz peyklərindən birini ən son yerüstü raketlə məhv etdiyini xatırladır. Yəqin ki, söhbət “İzvestiya”nın yazdığı “Nudol” döyüş kompleksinin ötən ilin noyabrında sınaqdan keçirilməsindən gedir. Eyni zamanda, Müdafiə Nazirliyi orbitdəki peykin “xüsusi raket”in köməyi ilə məhv edilməsi barədə məlumat yaymışdı.

Yanvar ayında nəşr mənbələrə istinadla bildirmişdi ki, Pentaqon yeni raket buraxılış proqramları üçün müqavilələrə yanaşmasına yenidən baxıb. Belə ki, əgər əvvəllər ABŞ hərbi departamenti podratçı seçərkən “qiymət/keyfiyyət” prinsipinə arxalanırdısa, indi Vaşinqtonu kosmosa buraxılan peyklərin Rusiya və ya Çindən mümkün hücumları dəf edə bilib-bilməyəcəyi sualı daha çox maraqlandırır.

Qəzetin yazdığına görə, Pentaqonda əsas təhlükə Çinin kosmik proqramıdır.

Məqalədə bildirilib ki, Pentaqon peykləri sıradan çıxara, hərbi və mülki rabitəni kəsə bilən Çin və Rusiyanın raket və lazer silahlarının yerləşdirilməsindən narahatdır.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ və müttəfiqləri kosmosda silahlanma yarışının qarşısını almaq və istədiklərini etmək üçün əldə edilmiş razılaşmaları dəyərdən salmağa çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: