Bolqarıstanın taxıl istehsalçıları Ukraynadan rüsumsuz taxıl idxalına dair Avropa reqlamentinin ölkələrinə şamil edilməsinə qarşı üç günlük etiraz aksiyasına başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 29-dan 31-dək səhər saatlarında fermerlər ağır texnikalarla ölkənin şimalındakı Vidin, Ruse, Silistra və Kardam sərhəd məntəqələrinin yolunu bağlayacaq. Bu, nəticə verməyəcəyi təqdirdə aksiya davam etdiriləcək.
Bolqarıstanın buğda istehsalı assosiasiyası Ukraynadan ölkəyə dənli bitki tədarükünün aktivləşməsinin yerli məhsulların satışını çətinləşdirdiyini bildirib. Yerli fermerlər hökumətin dəstəyinə və bu reqlamentin Bolqarıstana şamil edilməyəcəyinə ümid bəsləyirlər.