İrəvanda gecə klubunda əlbəyaxa dava düşüb, iki hərbçi yaralanıb

A- A A+

İrəvanda “Music hall” adlı gecə klubunda martın 29-da ziyarətçilərlə mühafizəçilər arasında mübahisə zəminində düşən əlbəyaxa dava-dalaş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli iki zabiti də yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Shamshyan” məlumat yayıb.

Bildirilib ki, yaralananların hər ikisi Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin zabitləridir. Onlardan birinin adı açıqlanıb. Bu, Hərbi Polisin İrəvan qarnizonunun cinayət-axtarış bölməsinin rəisi, 36 yaşlı Qriqori Ovannisyandır.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: