ABŞ tərəfi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülə və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq olunan sanksiyaları aradan qaldırıb.
NUHÇIXAN xəbər verir ki, rəsmi Ankara bu qərara adekvat cavab verib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, Türkiyə də ABŞ nazirlərinə qarşı tətbiq olunan sanksiyaları, o cümlədən Türkiyəyə giriş qadağasını aradan qaldırıb.
Qeyd edək ki, cari ilin avqustunda ABŞ hökumətinin türkiyəli iki nazirə sanksiya tətbiq etməsinə qarşı tərəf eyni qərarla cavab vermişdi.