Erməni hüquq müdafiəçisi: Korrupsiyaya bulaşmış Ermənistan hökuməti “demokratik” sayılır

A- A A+

Erməni hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın korrupsiyaya bulaşmış hökumətini sərt tənqid edib.

NUHÇIXAN İnformasiya Agentliyi “Armenian report” portalına istinadla xəbər verir ki, hüquq müdafiəçisi deyib: “Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur.

Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə, bu dəvətlə demokratiya anlayışına kölgə salınır.

Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: