Rusiya Prezidenti Vladimir Putin “Akkuyu” AES-ə nüvə yanacağının doldurulması mərasimində iştirak edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "A Haber" telekanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Akkuyu” AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Vladimir Putinin aprelin 27-də keçiriləcək mərasim üçün (Türkiyəyə) gəlməsi ehtimalı var. Ola bilsin ki, biz onlayn formatda orada birlikdə iştirak edək”, - deyə Ərdoğan vurğulayıb.