“Şimal axını 2” qaz kəmərinin partladığı yerdə naməlum obyekt aşkar edilərək sudan çıxarılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Danimarka Energetika Agentliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, martın 28-də dənizin 73 metr dərinliyində tapılan obyekt sudan çıxarılaraq mütəxəssislərə təhvil verilib.
Agentlik qeyd edib ki, ötən ilin sentyabrında “Şimal axını 2” və “Şimal axını 1” qaz kəmərləri eyni anda baş verən dörd partlayış nəticəsində sıradan çıxıb. Təxribat törədilən qaz kəmərlərinin yaxınlığında aşkar edilən obyekt araşdırılacaq.