Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb.
Daha əvvəl 8 nəfərin öldüyü, 71 nəfərin itkin düşdüyü bildirilirdi.
Məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.