Yekaterinburqda amerikalı jurnalist casusluq ittihamı ilə həbs olunub

A- A A+

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda casusluqda ittiham olunan “Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi həbs edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, TASS agentliyi bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadla məlumat yayıb.

“Evan Qerşkoviçin ABŞ hökumətinin tapşırığı ilə Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələrinin birinin fəaliyyəti ilə bağlı dövlət sirri olan məlumatları topladığı müəyyən edilib. O, Yekaterinburqda məxfi məlumatları almağa cəhd göstərən zaman saxlanılıb”, - deyə məlumatda bildirilir.

FTX-nin İstintaq Komitəsi tərəfindən casusluq faktı ilə bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: