Rusiya Prezidentinin Türkiyəyə səfəri ilə bağlı hələlik qərar qəbul edilməyib

A- A A+

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı hələlik dəqiq qərar qəbul edilməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O bildirib ki, aprelin 27-də Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının açılış mərasimində V.Putinin iştirakının formatı müzakirə olunur. Onun Türkiyəyə səfər edəcəyi, yaxud açılışa videokonfrans vasitəsilə qatılacağı hələlik məlum deyil.

D.Peskov “Akkuyu” AES-in inşasının Rusiya-Türkiyə münasibətlərində əhəmiyyətli rol oynadığını qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də “Akkuyu” AES-ə nüvə yanacağının doldurulması mərasimində V.Putinin iştirak edə biləcəyini demişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: