Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında sığınacaqlardan qaçan 2 terrorçunun Haburdakı sərhəd məntəqəsinə təslim olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirliyin yaydığı açıqlamada deyilir: “Türk Silahlı Qüvvələrinin təsirli və qətiyyətli əməliyyatları ilə terror təşkilatı PKK-nın parçalanması davam edir. Şimali İraqda sığınacaqlardan qaçan 2 terrorçu Haburdakı sərhəddə təslim oldu. Hər harada olursa olsun, Mehmetciyin nəfəsi terrorçuların ənsəsində olmağa davam edəcək”.