Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 35-ə çatıb

A- A A+

Hindistanın Madhya Pradeş ştatında məbəddə döşəmənin çökməsi nəticəsində quyuya düşərək ölənlərin sayı 35-ə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Hindistan NDTV kanalı məlumat yayıb.

İndor şəhərindəki mağara məbəddə zəvvarların sayının çoxluğu səbəbindən döşəmə çöküb və adamlar quyuya düşüblər.

Hadisə nəticəsində xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar da var. İtkin düşən bir nəfərin axtarışları davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: