Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Putin deyib ki, beynəlxalq həyatda baş verən köklü dəyişikliklər Rusiyanın xarici siyasət konsepsiyasına ciddi düzəlişlər etməyi tələb edir.
Vurğulanıb ki, yeni konsepsiyada ABŞ anti-Rusiya xəttinin əsas dirijoru kimi təqdim olunub.
Sənəddə həmçinin dövlətlərin suverenlik hüquqlarına hörmət ifadə edilib.