Ermənistan parlamentinin müxalifət sayılan “Hayastan” adlı fraksiyasından olan deputat Mqer Saakyan martın 31-də baş vermiş dava-dalaş hadisəsinə görə saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Məlumata görə, deputata qarşı cinayət işi başlanılıb, şahid ifadələri alınıb və lazımi istintaq hərəkətləri keçirilir.
Vurğulanıb ki, Ermənistan parlamentinin sədri Alen Simonyana deputatın saxlanılması ilə bağlı məlumat verilib.
Qeyd edək ki, martın 31-də Ermənistan parlamentinin binasında hakim partiyanın nümayəndəsi Vladimir Vardanyanla müxalifətdə olan deputat Mqer Saakyan arasında dava-dalaş olub.