Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası cümə günü Ukrayna üçün dörd ili əhatə edən 15,6 milyard dollar məbləğində kredit proqramını təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə “Reuters” agentliyinə bildirib.
Bundan əvvəl Fond və Ukrayna hakimiyyət orqanları 15,6 milyard dollar məbləğində Genişləndirilmiş Kredit Mexanizmi formatında kreditin verilməsinə dair işçi səviyyədə razılığa gəliblər. Vəsait Kiyevin bir sıra makroiqtisadi və maliyyə tədbirlərinə yönəldiləcək.