Çin heç bir nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıdır, həmçinin başqa ölkələrdə artıq yerləşdirilmiş nüvə silahlarının geri çəkilməsinə çağırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu cümə günü Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Biz, nüvə mübadiləsi sazişlərinin ləğvinin də tərəfdarıyıq, hər hansı nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsini istəyirik", - diplomat deyib.
Onun sözlərinə görə, qlobal sabitliyin qorunmasına zəmanət vermək lazımdır.