Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində qeydə alınıb.
Əlverişsiz hava şəraitində yanlışlıqla erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.
İnsidentin səbəbləri araşdırılır.