Ursula Fon der Lyayen NATO-nun yeni baş katibi ola bilər

A- A A+

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen sentyabr ayında Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar NATO-nun Baş katibi postu uğrunda mübarizəyə qoşulub.

NUHÇIXAN İnformasiya Agentliyi “The Sun” qəzetinə istinadla xəbər verir ki, NATO üzvü olan bəzi ölkələr Ursula Fon der Lyayenin artıq oktyabr ayından alyansa rəhbərlik etməsini istəyir. Halbuki onun Avropa Komissiyasının sədri postundakı səlahiyyət müddəti 2024-cü ildə bitəcək.

Ekspertlərin fikrincə, bu təyinat çox böyük ehtimalla avroskeptiklərin və ilk növbədə Böyük Britaniyanın müqaviməti ilə üzləşəcək. London üzv ölkələrin diqqətini 2013-2019-cu illərdə Almaniyanın müdafiə naziri işlədiyi dövrlərdə Ursula Fon der Lyayenin uğurlu olmayan fəaliyyətinə yönəltməyə çalışacaq.

Analitiklər alyansın baş katibi postuna digər namizədlər arasında Estoniyanın Baş naziri Kaya Kallası, Kanadanın Baş nazirinin müavini və maliyyə naziri Xristia Frilandı və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesi görürlər.

Xatırladaq ki, NATO-nun Baş katibi seçki yolu ilə deyil, alyansın bütün 30 üzv ölkəsinin konsensusu əsasında təyin olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: