Xersona 440-a yaxın mərmi atılıb: ölənlər və yaralananlar var

A- A A+

Rusiya ordusu ötən gün Xerson vilayətini 54 dəfə atəşə tutub. Düşmən ağır artilleriya, aviasiya və “Qrad”lardan 439 mərmi atıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Xerson vilayətinin hərbi administrasiyasının başçısı Aleksandr Prokudinin teleqram kanalına istinadla xəbər verir. Onun sözlərinə görə, işğalçılar Xerson şəhərinə 5 dəfə hücum ediblər. Atılan mərmilərin 27-si şəhərin yaşayış məhəllələrinə, fərdi evlərə və çoxmənzilli binalara düşüb. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.

Bundan əlavə, martın 31-də Xerson vilayətinin işğal olunmuş ərazisindən 91 mülki şəxs təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: