Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 1-də xəstəxanadan evə buraxılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransisk xəstəxanada müalicə olunan uşaqlara baş çəkib və yeni doğulanları vəftiz edib, hədiyyələr paylayıb. Daha sonra o, Vatikandakı iqamətgahı Santa Martaya yola düşüb.
Aprelin 2-də Papa Fransiskin iştirakı ilə Müqəddəs Pyotr meydanında Pasxa bayramından əvvəl qeyd olunan “Palma bazarı” günü keçiriləcək.
Xatırladaq ki, 86 yaşlı Fransisk martın 29-da təcili yardım avtomobili ilə Romadakı Gemelli xəstəxanasına yerləşdirilmiş və ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulmuşdu.