Fransada ərzağın qiymətində illik ifadədə 15,6 faiz artım qeydə alınıb və qiymətlər hazırda da artmaqda davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Statistika və iqtisadi tədqiqatlar milli İnstitutunun (İNSEE) məlumatına görə, bahalaşmanın əsas səbəbi 2022-ci il fevralda Ukraynada münaqişənin başlamasından dərhal sonra enerji daşıyıcılarının qiymətlərinin 30 faiz yüksəlməsidir. Cari ilin fevralında isə qiyməti 14,1 faiz artıb.
Statistika İnstitutu bildirir ki, il ərzində təzə ərzaq məhsullarının qiymətlərində daha çox -16,6 faiz bahalaşma müşahidə olunub. INSEE mart ayı üçün yekun qiymətləndirməsini aprelin ortalarında dərc etməlidir.