Donetsk vilayətinin Konstantinovka şəhərinin raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb

A- A A+

Aprelin 2-də Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərini S-300 raketləri ilə atəşə tutub. Nəticədə 6 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak tviter səhifəsində yazıb.

O əlavə edib ki, Rusiya S-300 sistemlərindən iki zərbə endirib, “Uraqan”dan isə dörd yaylım atəşi açıb.

“16 yaşayış binası, 8 fərdi ev, uşaq bağçası, Konstantinovka dövlət vergi idarəsinin binasında dağıntılar var”, - deyə Andrey Yermak qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: