Ermənistanın xarici işlər naziri Rumıniyaya səfər edəcək

A- A A+

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 3-4-də Rumıniyada işgüzar səfərdə olacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistan XİN xəbər yayıb.

Mirzoyan Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşəcək, bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Səfər zamanı Ermənistanın xarici işlər naziri Rumıniyanın qanunvericilik orqanlarının nümayəndələri ilə də görüşəcək.

Görüşlər zamanı Mirzoyan Ermənistan və Rumıniya arasında ikitərəfli əməkdaşlığı, Ermənistan-Aİ tərəfdaşlığını, Cənubi Qafqazı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: