Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb

A- A A+

Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sankt-Peterburqdakı kafeyə içində partlayıcı olan heykəlcik gətirən Darya Trepova saxlanılıb. Bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verirlər.

Xatırladaq ki, aprelin 2-də axşam saatlarında hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən kafedə partlayış törədilib. Nəticədə V.Tatarski həlak olub, 30 nəfər xəsarət alıb.

Ehtimal edilir ki, D.Trepova partlayıcı qurğu yerləşdirilmiş heykəlciyi kafeyə gətirib və onu V.Tatarskiyə təqdim edib. D.Trepova Rusiyanın Ukraynada hərbi əməliyyatlarının əleyhdarıdır, onun etiraz mitinqlərində iştirak etdiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: