Cümə günündən etibarən ABŞ-nin bir neçə ştatını vuran tornado nəticəsində ölənlərin sayı 30-a çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi NBC telekanalına istinadla xəbər verir ki, ən çox ölüm halı Tennessi ştatında qeydə alınıb – 13 nəfər. Arkanzas və İndiana ştatlarının hər birində isə 5 nəfər həlak olub.
Daha əvvəl təbii fəlakət nəticəsində 26 nəfərin öldüyü bildirilib. Pis hava şəraiti yaşayış binalarının, bir sıra infrastruktur obyektinin, o cümlədən məktəb, kilsə və teatrın dağıdılması ilə müşayiət olunub.