Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli dəniz təlimi keçirəcək

A- A A+

Bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, aprelin 3-4-də keçiriləcək təlim Koreya Respublikası, ABŞ və Yaponiyanın Şimali Koreyanın sualtı qayıqdan buraxdığı ballistik raket kimi təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulur. Üç ölkənin hərbçiləri “sualtı təhdidlər”in aşkarlanması, izlənilməsi, məlumatların paylaşılması üzrə məşq edəcəklər.

Xatırladaq ki, sualtı qayıqlara qarşı əməliyyatı nəzərdə tutan sonuncu üçtərəfli təlim 2022-ci ilin sentyabrında baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: