Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum olub.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan bildirib.
O, hadisənin təfərrüatlarını açıqlamayıb.
A.Simonyan qeyd edib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir. O, oxşar hadisələrin əvvəllər də baş verdiyini söyləyib.