G7 ölkələri istixana qazları tullantılarının azaldılması üçün çağırış edəcəklər

A- A A+

G7 ölkələrinin energetika və ətraf mühit nazirlərinin birgə bəyanatı beynəlxalq birliyi orta temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün CO₂ emissiyalarını azaltmağa davam etməyə çağıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi “Nikkei” qəzetinə istinadla xəbər verir ki, birgə bəyanat layihəsinə görə, G7 nazirləri orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq üçün 2035-ci ilə qədər istixana qazları tullantılarının azaldılması fikrini dəstəkləyəcəklər. Nazirlərin görüşü aprelin 15-16-da Yaponiyanın Sapporo şəhərində keçiriləcək.

Xatırladaq ki, 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üçün Paris sazişi imzalanıb. Saziş çərçivəsində iştirakçı ölkələr orta temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə CO₂ emissiyalarını könüllü şəkildə azaltmağı öhdələrinə götürüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: